Sergey Karyakin 2 məğlubiyyətdən birinin əvəzini çıxdı

Bakının «Fairmont» mehmanxanasında şahmatçıların Dünya Kuboku başa çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, finalda ilk 2 matçda məğlub olan Sergey Karyakin nəhayət, 3-cü partiyada Pyotr Svidler üzərində qələbə qazana bilib.

Sabah növbəti görüş oynanılacaq. Pyotr Svidler 4-cü turda qalib gələcəyi halda, onun adı tarixə Dünya Kubokunun ilk 2-qat sahibi kimi düşəcək. Peterburqlu şahmatçı 2011-ci ildə bir dəfə bu uğura yetişib.

Sergey Karyakin qələbə qazanarsa, rəqiblər tay-breykdə mübarizə aparacaqlar. Onlar 25+10 vaxt nəzarəti rejimində 2 partiya oynayacaqlar. Əgər hesab yenidən heç-heçə olarsa, 10+10 vaxtda 2 matç, daha sonra 5+3 zaman nəzarəti rejimində 2 görüş keçiriləcək.

Əgər bütün mini-matçlar qalibi müəyyən edə bilməsə, bu halda 61-ci gedişdən başlayaraq həlledici partiyada ağlar 5, qaralar 4 dəqiqə əldə edir, hər gedişə 3 saniyə əlavə olunur, bu zaman heç-heçə qaraların xeyrinə sayılır.

Həmin kateqoriyadan