Sergey Karyakin: “Azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinin daha bir iştirakçısı məlum olub. Allsport.az xəbər verir ki, bu, Rusiya təmsilçisi Sergey Karyakindir.

Ukrayna əsilli şahmatçı növbəti mərhələdə həmyerlimiz Şəhriyar Məmmədyarova rəqib olub. 1/8 finalda Dmitri Andreykinə qalib gələn Karyakin təəssüratlarını Dünya Kubokunun mətbuat xidmətiylə bölüşüb:

“Andreykinlə oynamaq çətindir. Bizim öz aramızda oyunların nəticəsi onun xeyrinədir. Bu gün qalib gəlməklə fərq bir qədər azaldı. Klassik şahmatda uğur qazanmaq mümkün olmadı. Tay-brek çətin idi, lakin nəticəni öz xeyrimə başa vurmağı bacardım”.

Sergey Karyakin 1/4 finalda Şəhriyar Məmmədyarova rəqib olmasını belə xarakterizə edib: “Şəhriyar mənim dostumdur. Yaxşı şahmatçıdır. Ancaq sabah oyunda dostluq unudulacaq. Hər bir şahmatçı Dünya Kubokunun finalında oynamaq istəyir. Etiraf edim ki, mən ona, Şəhriyar da mənə qalib gəlməyə çalışacaq. İkimizdən biri yarışı tərk etməlidir. İndiyə qədər keçirilən görüşlərə nəzər salsaq, ümumi nəticə Məmmədyarovun xeyrinə olar. Mənim üçün asan olmayacaq. Çünki, zaldakı bütün azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək. Dünya Kubokunda kifayət qədər inamlı təsir bağışlayır. Ona görə duelimiz maraqlı olacaq. Məmmədyarovla oynamaq hər bir rəqib üçün asan deyil”.

Həmin kateqoriyadan