Sergey Karyakinlə Şəhriyar Məmmədyarov norveçli dünya çempionunun ittihamına cavab verib

Maqnus Karlsen “Norway Chess” turnirində rusiyalı şahmatçı Sergey Karyakinlə Şəhriyar Məmmədyarovu əvvəlcədən danışılmış oyunda şübhəli bilib. Allsport.az saytı xəbər verir ki, qonşu ölkədən olan qrossmeyster 16-cı dünya çempionunun iddiasını əsassız sayıb: “Xeyr, əlbəttə ki, xeyr. Biz dostuq, lakin bir-birimizlə yarışırıq. Hər ikimiz qalib gəlməyə çalışırıq və heç-heçə nəticə heç birimizə kömək edə bilməz. Arabir mən də fikirləşirəm ki, bəzi oyunlar, – hansı oyunlar olmasını deməyəcəyəm, əvvəlcədən razılaşdırılmış olur, lakin belə səviyyədə bu hadisə çox nadir hallarda, olsun ki, 5 faiz ehtimalla baş verir”.

Həmyerlimiz öz növbəsində, bunu deyib: “Fikrimcə, ötən dəfə Sergeyi məğlub etdiyimə görə o, məndən qisas almaq istəyib. Özü də mən ağ fiqurlarla oynayırdım. Bəzən olur ki, sən oyuna başlamazdan əvvəl təslim olursan. Bu, hər dəfə və hər turnirdə baş vermir, lakin əgər sən xəstələnmisənsə və ya yaxşı əhval-ruhiyyədə deyilsənsə və ağ fiqurlara qarşı oynayırsansa, o zaman fikirləşirsən ki, belə də keçər. Amma idman üçün və azarkeşlər üçün mübarizə aparmaq daha yaxşıdır. Fikrimcə, qalib olmağa səy göstərmək daha yaxşıdır”.

Xatırladaq ki, 3-cü turda Şəhriyar Məmmədyarov ilə Sergey Karyakin heç-heçəyə razılaşmışdılar.

Həmin kateqoriyadan