Şevçenko: “Federasiyaya hesabat verəcəyəm”

Avropa çempionatının 1/4 finalında İngiltərəyə uduzaraq (0:4) mübarizəni dayandıran Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko açıqlama verib. Allsport.az xəbər verir ki, baş məşqçi millinin turnirdəki çıxışını dəyərləndirib:

“İngiltərə hamıya bəllidir ki, güclü kollektivdir. Müdafiəçilərimiz zədələndikdən sonra işimiz daha da çətinləşdi. Bunlara baxmayaraq, geri addım atmadıq. Öz oyunumuzu nümayiş etdirməyimiz qürurvericidir. Uca zirvələrə çatmaq bizim üçün hələ erkəndir. Futbolçularım bu oyunda da məğlub olmaq istəmirdi. Onlara təşəkkür edirəm. Millidəki işimə gəlincə, federasiyaya hesabat verəcəyəm. Bundan sonra hər şey məlum olacaq”.

Həmin kateqoriyadan