“Shamkir Chess 2015”-in partiyaları canlı yayımlanacaq

Synergy Group-un təşkilatçılığı və sponsorluğu ilə 16 aprel tarixində başlayan və Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” super-turniri ilə bağlı bir sıra işlər artıq öz həllini tapıb. Allsport.az saytı xəbər verir ki, təşkilat komitəsi keçən səfər olduğu kimi, bu il də canlı izlənəcək “Shamkir Chess 2015” üç dildə yayımlanacağını bildirib. Azərbaycan dilində partiyaları vaxtı ilə Vüqar Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin məşqçisi, qrossmeyster Fərid Abbasov təqdim edəcək. Vüqar Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku rus dilində, inglis dilində isə ukraynalı qrossmeyster, FİDE şərhçisi Evqeniy Miroşniçenko şərh edəcək.

Bir daha qeyd edək ki, dünyanın ən güclü şahmatçılarından olan Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşi-Lagrav, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla, Teymur Rəcəbov və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov Şəmkir turnirinin qalibini müəyyən edəcəklər. Bu “Shamkir Chess 2015”in dünyada geniş yayımlanması/ yayılması üçün mükəmməl bir vasitə olacaq.

Yaxın günlərdə www.shamkirchess.az veb səhifəsinin yeni versiyada ictimaiyyətə təqdim olunacaq. Super turnir ilə bağlı ətraflı məlumat, adı çəkilən şahmaxçıların Şəmkirdə keçirdiyi vaxt və eyni zamanda oyunları canlı izləmək üçün burada xüsusi pəncərə yaradılıbr. Əlavə olaraq www.chess.com veb-səhifəsi də 16-26 aprel tarixində bu turniri canlı izləmək imkanı yaradacaq. “Shamkir Chess 2015”in dünyadan böyük maraqla qarşılandığını nəzərə alaraq, sosial mediadan geniş şəkildə istifadə olunur. “ShamkirChess2015” facebook, twitter və instagram səhifələri mütəmadi olaraq yenilənir və şahmatsevənlərin sualları cavablandırılır.

“Synergy Group” olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə veririk”. Bir daha qeyd etmək istərdik ki, “Shamkir Chess 2015” 16 aprel tarixində Şəmkir şəhərində Heydər Əliyev adına mərkəzində başlayacaq və 10 gün davam edəcək.

Həmin kateqoriyadan