“Shamkir Chess-2016” son hazırlıqlarını görür

Synergy Group ASC-nin dəstəyi ilə mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess-2016” super-turnirinin açılışının vaxtı məlum olub. Allsport.az saytı xəbər verir ki, təntənəli mərasim 25 mayda Şəmkir Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 19-da başlayacaq. Turnirdə bir sıra nazirliklər, FİDE nümayəndələri və şahmatsevərlər iştirak edəcəklər. Açılışdan sonra püşkatma olacaq.

Xatırladaq ki, “Shamkir Chess-2016” ardıcıl 3-cü dəfə təşkil olunur. Super turnirdə dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), eləcə də qrossmeysterlərdən Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Hou Yifan (Çin), Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov mübarizə aparacaqlar.

İlk tur 26 mayda start götürəcək. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq.

Həmin kateqoriyadan