- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 167
- May 08, 2026
- 0

Azərbaycanın məhrum şahmatçısı Vüqar Həşimovun xatirəsinə ənənəvi “Shamkir Chess” superturnirinin iştirakçıları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yarış 18-28 apreldə keçiriləcək. Ümumilikdə 10 qrossmeysterin qatılacağı sınaq dairəvi sistem üzrə 9 turdan ibarət olacaq.
“Shamkir Chess-2018”də hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, eks-dünya çempionu rusiyalı Vladimir Kramnik, güclü niderlandlı şahmatçı Aniş Giri, çinli Dinq Liren, bolqarıstanlı Veselin Topalov, daha bir rusiyalı Sergey Karyakin mübarizə aparacaqlar.
Yarışda Azərbaycanı dünya əmsalında 2-ci olan Şəhriyar Məmmədyarov, beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edəcəklər.
Xatırladaq ki, sonuncu 2 “Shamkir Chess” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.