YENİLƏNİB
“Simurq” “Astra” ilə bərabərə qaldı

Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Zaqatala klubu Rumıniyanın “Astra” komandası ilə münasibətlərinə aydınlıq gətirib.

Tərəflərin cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Qeyd edək ki, “Simurq” bundan əvvəlki yoxlama oyunlarında Qazaxıstanın “Şaxtyor” klubuna 3:1 hesabıyla qalib gəlmiş, bu ölkənin digər təmsilçisi “İrtış”a 0:3, Almaniya “Duysburq”una isə 1:4 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
21 yanvar

“Simurq” – “Astra” – 0:0

“Simurq”un start heyəti: Pavel Kapsa, İlkin Qırtımov, Tural Axundov, İdan Vaytsman, Melli, Samir Zərgərov, Rəşad Eyyubov, Vadim Abdullayev, Benjamin Lambot, Stepan Polyak, Draqan Çeran.

 

Həmin kateqoriyadan