“Simurq” bu gün Türkiyədə son məşqə çıxacaq

Antalyada təlim-məşq toplanışını tamamlamaq üzrə olan “Simurq” ötən gün bir məşqə çıxıb. Allsport.az xəbər verir ki, yerli vaxtla saat 12:00-da başlayan hazırlıq iki saata yaxın davam edib.

Bir gün öncə yoxlama görüşündə 90 dəqiqə meydanda olan futbolçular çalışmaları yalnız qaçış və isinmə hərəkətləri ilə tamamlayaraq, istirahətə çəkilib. Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün bərpasından ibarət təmrinlərdən sonra qısa ötürmələr üzərində çalışmanı davam etdirib. Məşqin ikinci hissəsində isə qapıya zərbələr və ikitərəfli oyun keçirilib.

Qeyd edək ki, “Simurq” bu gün Antalyada son məşqini edəcək, sabah – yanvarın 24-də isə sonuncu yoxlama görüşünü keçirərək ölkəyə qayıdacaq. Topaz Premyer Liqasının 19-cu turunda “Xəzər Lənkəran”ı qonaq edəcək komanda iki günlük istirahətdən sonra doğma arenada bu matçın hazırlıqlarına başlayacaq.

Həmin kateqoriyadan