“Simurq” Cihan Özqara ilə müqavilə imzaladı

Transfer çalışmalarını davam etdirən “Simurq” daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. Allsport.az xəbər verir ki, Zaqatala klubu Cihan Özqara ilə rəsmi müqavilə imzalayıb.

İcarə əsasında mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq gənc futbolçu “22” nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Cihan Özqara müqavilə əsasında “Sivasspor”a məxsusdur. Son üç mövsümdə Türkiyə təmsilçisinin şərəfini qoruyub.

Xatırladaq ki, “Simurq” transfer çalışmalarını davam etdirir. Yaxın günlərdə danışıqlar müsbət nəticələnərsə, daha bir futbolçu ilə rəsmi müqavilə imzalanacaq.

Həmin kateqoriyadan