- Baxış sayı: 24
- 27 Aprel 2024 21:00
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Georgi Çixradzenin komandası ikinci sınağında Almaniyanın 3-cü Bundesliqasında çıxış edən “Duysburq”la qarşılaşıb.
Matçda hesabı Zaqatala klubu açıb. Amma Almaniya təmsilçisi komandamızı qol vurmasına peşman edib. Qalan dəqiqələrdə 4 qol vuran “Duysburq” darmadağınla qalib gəlib.
Qeyd edək ki, “Simurq” ilk yoxlama oyununda Qazaxıstanın “Şaxtyor” komandasına 3:1 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
15 yanvar
“Simurq” – “Duysburq” – 1:4 (1:3)
Qol: Samir Zərgərov, 23 (1:0).