FOTO
“Simurq” “İnter”lə matça hazırdır

Topaz Premyer Liqasının 16-cı turunda doğma arenada “İnter”lə üz-üzə gəlməyə hazırlaşan “Simurq” çalışmaları tamamlayıb. Allsport.az xəbər verir ki, son məşqini edən “Simurq” artıq istirahətə çəkilərək görüşün start fitini gözləməyə başlayıb.

Hazırlıqda əvəzedici heyətdə matça çıxmış Murad Səttarlı, Oruc Balaşlı, Kənan Müslümov, Məhərrəm Hüseynov və Rəşad Əzizov iştirak etməyib. Həmçinin zədəli olan Vüqar Mustafayev və Patrik Osiako da komandadan ayrı düşüb. Hər iki futbolçu hazırda bərpa prossesi keçir.

Qeyd edək ki, saat 17:00-da başlayacaq “Simurq” – “İnter” oyunu “Simurq TV” vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Orxan Məmmədovun rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək.

Həmin kateqoriyadan