“Simurq” “İnter”lə oyuna bir itki ilə çıxacaq

Topaz Premyer Liqasının 24-cü turunda “İnter”in qonağı olacaq “Simurq” ötən gün oyun öncəsi son məşqinə çıxıb. Allsport.az xəbər verir ki, qarşılaşmanın keçirələcəyi stadionda çalışmaları tamamlayan “Simurq” bir saata yaxın davam edən hazırlıqlığa isinmə hərəkətləri ilə başlayıb.

Daha sonra qruplara bölünərək “kvadrat” və ikitərəfli oyun keçirilib. Sonda isə cinahlardan asmalar və onların qapanması tapşırığı yerinə yetirilib. Son məşqdə yalnız zədə səbəbindən heyətdən ayrı düşən Əli Gökdəmir iştirak etməyib. Milli komandaların düşərgələrində olan Rəşad Eyyubov, Vüqar Mustafayev və Vadim Abdullayev də artıq düşərgəyə qayıdıb və son məşqdə iştirak edib.

Qeyd edək ki, “İnter” – “Simurq” oyunu saat 15:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.

Həmin kateqoriyadan