“Simurq” La Liqada çıxış etmiş futbolçu aldı

“Simurq” transfer çalışmalarını davam etdirir. Allsport.az xəbər verir ki, Zaqatala təmsilçisi bu gün daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb.

İspaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək. Artıq Antalyada düşərgəyə qoşulan təcrübəli futbolçu komanda ilə birgə hazırlıqlara başlayıb.

Qeyd edək ki, Melli adı ilə tanınan yeni futbolçu yeddi il İspaniyanın “Betis” klubunun şərəfini qoruyub. 2011/12 və 2012/13-cü il mövsümlərində karyerasını Belçikada davam etdirib. “Gent” komandasından sonra ötən mövsüm Moldaviyanın “Şerif” klubuna keçib. Son komandası isə Yunanıstan çempionatında çıxş eədn “Erqotelis” klubu olub.

Həmin kateqoriyadan