“Simurq”un yeni transferi sıradan çıхdı

Topaz Premyer Liqasının 21-ci turunun “Simurq” – “Qəbələ” oyunu meydan sahibləri üçün uğurlu alınsa da, bir itki ilə üzləşdilər. Allsport.az xəbər verir ki, 2:0 hesabıyla qalib gələn Zaqatala təmsilçisinin yeni transferlərindən olan Xuan Alberto Alvardo zədələnərək oyunu davam etdirə bilmədi.

O, matçın əvvəlində rəqiblə toqquşub və çiynindən zədə alıb. Alvardo oyunu davam etdirə bilməyərək yerini Adam Banaşa verib. Futbolçunun durumuna yaxın günlərdə aydınlıq gələcək.

Həmin kateqoriyadan