- Baxış sayı: 84
- 16 Sentyabr 2026 11:35
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Makedoniya paytaxtı Skopyedə şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mötəbər yarışa start verilib. Allsport.az saytı xəbər verir ki, 50 komandanın iştirak etdiyi yarışda ölkəmiz 2 klubla təmsil olunur. Bunlar Avropa Kubokunun son qalibi “SOCAR-Azerbaijan” və “Odlar Yurdu”dur.
İlk turda yarışın favoritlərindən sayılan “SOCAR-Azerbaijan” Finlandiyanın “Tammer-Şakki” kollektivini üstələyib 5,5:0,5. Komandamızda Veselin Topalov, Aniş Giri, Maykl Adams,Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanıb. Rauf Məmmədov heç-heçə oynayıb.
Digər klubumuz “Odlar Yurdu” İngiltərənin “Uayt Roz” komandası üzərində 4:2 hesablı inamlı qələbə qazanıb. Ülvi Bacarani,Nicat Abbasov,Qədir Hüseynov və Zaur Məmmədov partiyanı qələbəylə başa vurub. Vüqar Rəsulov və Nicat Məmmədov məğlubiyyət acısı yaşayıb.