- Baxış sayı: 93
- 07 Avqust 2026 16:57
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

“Soçi”nin hücumçusu Artur Tyanulin KXL çempionatında “Lada”ya qarşı 2:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb.
Allsport.az xəbər verir ki, bu onun klubdakı 123-cü qol hərəkəti olub.
Tyanulin İlya Krikunovu (122) üstələyərək bu göstəricidə “Soçi”nin lideri olub.
Soçinin ən çox qol hərəkəti edən 5 xokkeyçisi:
123 — Artur Tyanulin
122 — İlya Krikunov
113 — Andre Petersson
107 — Sergey Şmelev
105 — Andrey Kostitsyn