YENİLƏNİB
“Simurq” və “Qəbələ”dən inamlı qələbə

Bu gün Topaz Premyer Liqasında 19-cu tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Öncə “Bakı” “Qəbələ”ni qəbul edib. Qarşılaşma qonaqların inamlı qələbəsi ilə başa çatıb.

Turun qapanış matçında isə “Simurq” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri iki cavabsız qolla üstün olublar.

Topaz Premyer Liqası
19-cu tur
1 fevral

“Bakı” – “Qəbələ” – 0:2 (0:0)
Qollar: C.Hüseynov, 45-pen. (0:1). V.Bəybalayev, 86-öz qapısına (0:2).
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rza Məmmədov, Ramil Əhmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Bakı”: 12. Elxan Əhmədov, 6. Vüqar Bəybalayev, 15. Azad Kərimov, 21. Elşad Manafov, 2. Nicat Əsgərov, 99. Kamil Nurəhmədov, 56. Qeyrət Əliyev, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 85. Jaba (k).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 54. Mətin Əbilsoy, 16. Rüstəm Rüstəmli, 77. Ramazan Abbasov, 9. Raul Yaqubzadə, 45. Mahir Mədətov.
Baş məşqçi: İbrahim Uzunca.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ruslan Əmircanov, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 9. Viktor Mendi, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.

“Simurq” – “Xəzər Lənkəran” – 2:0 (0:0)
Qollar: E.Abdullayev, 51 (1:0). R.Eyyubov, 60 (2:0).
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Elman Musayev, Xəlil Xəlilov.
Zaqatala şəhər stadionu.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 15. Stepan Polyak, 20. İdan Vaytsman.
Baş məşqçi: George Çixradze.
“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 96. Anar Babazadə, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 9. Bəhruz Teymurov, 11. Nurxan Mənsimzadə, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 34. Elnur İsmayılov, 99. Maqsum Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.

Turun digər oyunları: “İnter” – “Sumqayıt” – 0:0, AzAL – “Neftçi” – 2:1.

Bombardir:
9 – Nurlan Novruzov (“Bakı”)

Həmin kateqoriyadan