“Son illər bu kütləviliyin sayəsində naxçıvanlı gənclər inkişaf etməyə, tanınmağa başlayıblar”

Naxçıvanda yeniyetmələrin ümumdünya şahmat olimpiadasının açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən AŞF prezidenti Mahir Məmmədov, Azərbaycanın bütün dünyada həm idman, həm də şahmat ölkəsi kimi tanındığını söyləyib: “Bir neçə gün əvvəl ölkəmizin mədəniyyət paytaxtı olan əziz Şuşamızda ilk beynəlxalq şahmat turnirini izləmək imkanımız oldu. 2016-cı ildə Bakıda keçirilən ümumdünya çahmat olimpiadası bu yarış tarixinin ən uğurlu turnirlərindən biri oldu.

Naxçıvanda 19 il əvvəl 20 yaşadək gənclər arasında dünya çempionatı yüksək səviyyədə keçirilib. Naxçıvan mütəmadi olaraq beynəlxalq turnirlərə ev sahibliyi edib. Naxçıvanda dünyada az-az rast gəlinən idman sarayı var. Naxçıvanın orta məktəblərinin hamısında şahmat tədrisinin olmasını xüsusi qeyd eləməliyəm.

Son illər bu kütləviliyin sayəsində naxçıvanlı gənclər inkişaf etməyə, tanınmağa başlayıblar. Əminəm ki, bu hələ başlanğıcdır. Azərbaycan şahmatçıları daim dünya sıralamasında güclülər sırasında yer alıb. Təşkilar komitəsinin, qonaqların özlərini evlərindəki kimi hiss etmələri üçün əlimizdən gələni edəcəyik. Bütün iştirakçılara da uğurlar arzulayıram”.

Həmin kateqoriyadan