- Baxış sayı: 112
- 25 İyul 2026 16:10
- Baxış sayı: 161
- İyul 22, 2026
- 0

Çempionlar liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb. Allsport.az xəbər verir ki, avqustun 25-də saat 14:00-da Tofiq Bəhramov adına respublika stadionunda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.
Saat 18:30-da isə komanda “Azərsun Arena”da oyun öncəsi son məşqə çıxacaq.
Saat 19:00-da Tofiq Bəhramov adına respublika stadionunda “Şerif”in baş məşqçisi Zoran Zekiçin mətbuat konfransı keçiriləcək. Saat 19:30-da Tiraspol təmsilçisi son məşqə çıxacaq.
Avqustun 26-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da start götürəcək.