- Baxış sayı: 35
- 19 İyun 2026 20:30
- Baxış sayı: 43
- İyun 19, 2026
- 0

Bu gün U-21 millimiz Avropa çempionatının seçmə qrupunda sonuncu oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, gənclərimiz Tyun şəhərində İsveçrə futbolçuları ilə qarşılaşıblar və liderə 1:2 uduzublar.
Halbuki 22-ci dəqiqədə Ozan Köyçünün sayəsində komandamız önə çıxmışdı. Amma 2-ci yarının əvvəlində rəqib öncə hesabı bərabərləşdirib, hakimin oyuna əlavə etdiyi ilk dəqiqədə qələbə qolunu vurub.
Azərbaycan yığması 6 xalla 2-ci qrupda yarışı 5-ci yerdə bitirib. Top fərqi də lehimizə deyil: 6-18.