“Soyuqqanlılıq çatışmır”

Premyer liqanın 10-cu turunda “Qəbələ” evdə “Neftçi”yə 1:4 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev bunu deyib:

“Torpaqlarımızı qaytardığımız üçün xalqımızı təbrik edirəm. Oyunun çətin olacağını bilirdik. “Neftçi” yaxşı futbolçulardan təşkilatlanmış komandadı. Oyuna ciddi hazırlaşmışdıq. 

“Planlaşdırdıqlarımızın üzərində çalışmışdıq və bu meydanda da alınırdı. Komandamız meydanda hər şey göstərir, lakin qollar, soyuqqanlılıq çatışmır. Qol vurmayanda, rəqib cəzalandırır. İlk yarıda epizodlar yaradırıq, yararlana bilmirik, rəqib isə yarım epizodu dəyərləndirir.

Sonra oyunun axarını dəyişmək çətin olur. Ağır məğlubiyyət alsaq da, istədiyimi futbolçulardan görürəm. Hücum futbolu oynayır, epizodlar yaradır, son nöqtəni qoymaqda çətinlik çəkirik. Birinci dövrədə də “Neftçi” ilə görüş ağır keçmişdi”.

Həmin kateqoriyadan