“Stal” Ukrayna kubokunda mübarizəni dayandırdı, Pavel Paşayev penaltini qaçırdı

Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının üzvü Pavel Paşayevin çıxış etdiyi “Stal” səfərdə “İliçevets”lə qarşılaşıb.

Futbolçumuzun start heyətdə meydana çıxdığı və sonadək mübarizə apardığı oyunun əsas hissəsi 1:1 başa çatıb. Əlavə vaxtda da başqa qol olmayınca, qalib 11-metrlik cərimə zərbələrindən müəyyənləşib.

Burada daha dəqiq oynayan “İliçevets” 4:2 hesabıyla üstün olaraq, 1/4 finala yüksəlib. Penalti seriyasında iştirak edən Pavel də dəqiq oynamayıb. Onun zərbəsini rəqib qolkiper dəf edib.

Həmin kateqoriyadan