- Baxış sayı: 136
- 19 İyun 2026 18:40
- Baxış sayı: 84
- İyun 25, 2026
- 0

Allsport.az xəbər verir ki, Yunanıstanın Rodos şəhərində təşkil edilən şahmat üzrə məktəblilər arasında dünya çempionatına yekun vurulub.
Azərbaycan təmsilçisi Süleyman Süleymanlı 17 yaşa qədər məktəblilərin yarışında dünya çempionatının gümüş medalını qazanıb.
Həmyerlimiz 7 xalla yaşıdları arasında 2-ci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarxan (Türkiyə) qalib adını qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.
Mötəbər yarışda 51 ölkə iştirak edib.