Aydın qələbə ilə başladı

Monteneqronun Nikşiç şəhərində şahmatçımız Aydın Süleymanlının da qatıldığı turnir start götürüb. Allsport.az xəbər verir ki, təmsilçimiz turnirə qələbə ilə başlayıb.

O, ilk turda yerli idmançı Tomiç Aleksandrı məğlub edib.

İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarətdir. Beşi qrossmeyster olmaqla 16 şahmatçının iştirak etdiyi yarış mayın 4-dək davam edəcək.

Həmin kateqoriyadan