- Baxış sayı: 42
- 26 Aprel 2024 14:00
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Topaz Premyer Liqasının son turunda səfərdə “Simurq”la heç-heçə edən (1:1) “Sumqayıt” iki günlük istirahəti başa vurub. Allsport.az xəbər verir ki, Aqil Məmmədovun komandası dünəndən etibarən “Kapital Bank Arena”da “Neftçi” ilə oyunun hazırlığına start verib.
Komanda tam heyətlə hazırlaşa bilmir. Belə ki, 3 futbolçu – Andrey Popoviç, Məhəmməd Qurbanov, Orxan Əliyev A millinin, Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev U-21-in və Budaq Nəsirovla Fərid Kərimzadə isə U-19-un düşərgəsində yer alır.
Futbolçular səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. “Sumqayıt”ın növbəti məşqi isə axşam saat 16:30 başlayacaq.
Qeyd edək ki, “Sumqayıt” növbəti oyununu fevralın 28-də “Kapital Bank Arena”da “Neftçi”yə qarşı keçirəcək.