- Baxış sayı: 45
- 19 Aprel 2024 19:58
- Baxış sayı: 46
- Aprel 18, 2024
- 0
Yanvarın 4-dən “Sumqayıt” premyer liqanın 2-ci yarısı üçün hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun planına əsasən, ilk hissə yanvarın 11-dək ölkə daxilində keçəcək. “Kimyaçılar” ayın 11-i saat 15:00-da “Dalğa arena”nın köməkçi meydançasında 1-ci divizion klubu “Şüvəlan”la yoxlama oyunu keçirəcək.
“Sumqayıt” 2-ci mərhələni yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq Antalyanın Bələk bölgəsində olacaq. Toplanışda 4 yoxlama oyunu keçiriləcək.
“Kimyagərlər” öncə Qazaxıstanın “Jetısu” (15 yanvar), Bosniya və Hersoqovinanın “Çəlik” (19), Makedoniyanın “Vardar” (22) və Serbiyanın “Zemun” (26) klubları ilə qarşılaşacaq.