“Sürətli şahmatdakı ilk oyunda Teymurun üstünlüyü var idi”

Bakıda təşkil edilən şahmatçıların Dünya Kubokunda 1\8 finalda mübarizəni davam etdirən Rusiya təmsilçisi Pyotr Svidler jurnalistlərin  sualları cavablandırıb. Allsport.az xəbər verir ki, o, ilk olaraq rəqibi – bolqar şahmatçı Veselin Topalovla ilk görüşü barədə danışıb:

“Partiya asan olmadı. Topalov çox yaxşı müdafiə olunurdu. Bununla belə qələbə qazanmağı bacardım. Dünya Kubokunun reqlamenti çox mürəkkəbdir. Ona görə hər oyun diqqətli olmaq vacibdir. 1\8 finaldakı rəqibim Topalov turnirin reytinq favoritidir. Deməli ikiqat diqqətli oynamalıyam”.

Pyotr Svidler əvvəlki mərhələdə – 1\16 finalda tay-brekdə məğlub etdiyi Azərbaycan şahmatçısı Teymur Rəcəbovla görüşdə vaxt amilinin həlledici rol oynadığını deyib: “İki klassik görüşdə qalib olmadı. Sürətli şahmatdakı ilk oyunda Teymurun üstünlüyü var idi. Sadəcə təhlükə sovuşdu.

İkinci görüşdə fərqli oynadım və rəqibi daha çox fikirləşməyə məcbur etdim. Rəcəbovun vaxtı çox az idi. Ona görə bir qədər tez qərar qəbul etməyə məcbur olurdu. Fikrimcə, vaxtın az olmasına görə Rəcəbov vəziyyətdən çıxa bilmədi”.

Həmin kateqoriyadan