Şuşada Xurşidbanu Natəvanla Aleksandr Dümanın bədii surəti canlandırılıb

Şuşada Xurşidbanu Natəvanla Aleksandr Dümanın bədii surəti canlandırılıb

21 sentyabrda Şuşada beynəlxalq şahmat turnirinin açılışı maraqlı anlarla yadda qalıb. Allsport.az saytı xəbər verir ki, Xurşidbanu Natəvanın 190-illik yubileyinə həsr olunan yarışın bədii hissəsində görkəmli şairə və xeyriyyəçinin xəyali obrazı təqdim olunub. Səhnəcikdə fransalı yazıçı Aleksandr Düma ilə şahmat oynayan xan qızı, rəqibini məğlub edib.

Turnir 2 kateqoriyada – kişilər və qadınlar arasında təşkil olunacaq. 9 ölkədən qatılacaq şahmatçılar rapid və blits üzrə mübarizə aparacaqlar. Həm kişilər, həm də qadınlarda qalib xallarının cəminə əsasən müəyyən ediləcək.

“Şuşa şahmat- 2022” turnirinin ümumi mükafat fondu 150 min manatdır.

Həmin kateqoriyadan