- Baxış sayı: 57
- 23 Sentyabr 2026 16:44
- Baxış sayı: 45
- Sentyabr 23, 2026
- 0
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Neftçi”yə qarşı oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Açığı, komandanı oyuna yaxşı hazırlamışdıq. Zədəlilərimiz var. Valeri Kutsenkonun yoxluğu hiss olundu. Orta sahədə müəyyən boşluqlar vardı. Belə oyunlarda adətən 1 səhv həlledici olur. Oyunçularıma təşəkkür etdim. Qarşıda çətin oyunlarımız var. Həmin oyunlara hazırlaşmalıyıq. Hakimin bəzi qərarına reaksiya verdim. Bunu emosiya kimi qəbul etmək lazımdır”.