Tərlan Əhmədov: “Çoxdan idi evdə qələbə qazana bilmirdik”

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm ki, belə bir ağır durumda işlərinin öhdəsindən gəldilər. “Qarabağ”la oyundan sonra heyəti qurmaq çətin idi. Limit məsələsinə görə müəyyən dəyişikliklər etməli idik. Düşünürəm ki, bu gün ilk hissədə hər iki komandanın ifasında mübarizəli oyun görmədik. Amma ikinci hissədə ssenari dəyişdi. 3-cü qolu vurduqdan sonra komandanı bir qədər geri çəkdim. Əsas məqsəd rəqibi sürətli əks-hücumlarda yaxalayıb 4-cü qolu vurmaq idi. Çoxdandır ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Qarşıda bizi “Neftçala” ilə çətin kubok oyunu gözləyir. Həmin oyuna hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan