Tərlan Əhmədov: “AzAL-da nə əzizim var, nə də sevimli oyunçum”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İlin son oyununda qələbə qazanmaq istəyirdik. Açığı, buna yaxın idik. Amma son dəqiqələrdə buraxdığımız qol buna imkan vermədi. 1 xal qazanmağımıza görə də şadam. Çatışmazlıqlarımız var. Vurduğumuz qədər də qol buraxırıq.

Fasilədə problemləri aradan qaldırmağa çalışacağıq. “Xəzər Lənkəran”ın adı var, imici var. Oyunu ilə göstərir ki, potensiala malikdir. Lənkəranda “Xəzər Lənkəran”a qarşı oynamaq çətindir. Biz isə səfər oyunlarında xallar qazanmağı bacarırıq.

Mənim üçün heyətdə əsas məsələ rəqabətin olmasıdır. Komandada nə əzizim var, nə də sevimli oyunçum. Kim layiqdirsə, o da meydançaya çıxır”.

Həmin kateqoriyadan