Tərlan Əhmədov: “Qələbə qazana bilərdik”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Son oyunlarda komandamız yaxşı çıxış edirdi. Biz son 5 turda çox qol vurur, çox da qol buraxırdıq. Bu gün isə hücumda kəsərli ola bilmədik. Oyunda qələbə qazana bilərdik. Amma şanslardan istifadə olunmadı.

Matçdan razı qalmadım. Çünki aqressiv futbol sərgiləyə bilmədik. Ola bilər ki, futbolçularda müəyyən arxayınlıq yaranıb. Bunu araşdıracağıq. Stadionda fanat az idi. Ümid edirəm ki, qarşıdakı vaxtlarda oyunlarımıza maraq artar”.

Həmin kateqoriyadan