“Tac”lı bəla şahmat “tac”ına iddiaçıları da təşvişə saldı. FİDE yarışı yarımçıq saxladı

Rusiyanın Yekaterinburq şəhərində şahmat “tac”ına iddiaçıların turniri koronavirus səbəbindən yarımçıq qalıb. Allsport.az saytı xəbər verir ki, qərarı FİDE rəsmən açıqlayıb. Yarışda 7 tur oynanılıb.

1-2. Yan Nepomnyaşı (2774, Rusiya), Maksim Vaşe-Laqrav (2767, Fransa) 4,5 xal; 3-6. Van Hao (Çin, 2762), Aniş Giri (Niderland, 2763), Aleksandr Qrişuk (Rusiya, 2777), Fabiano Karuana (ABŞ, 2842) 3,5; 7-8. Kiril Alekseyenko (Rusiya, 2698) və Dinq Liren (Çin, 2805) 2,5 xal toplayıblar.

Həmin kateqoriyadan