Tadiçdən rekord

Serbiya millisinin yarımmüdafiəçisi Duşan Tadiç milli komandada 105-ci oyununu keçirib.

Allsport.az xəbər verir ki, o, Rusiya millisi ilə yoldaşlıq görüşündə Serbiya yığmasının start heyətində yer alıb.

O, Serbiya millisinin heyətində oyunların sayına görə rekordu təkrarlayıb. O, bu göstəricidə “Zenit”in sabiq müdafiəçisi Branislav İvanoviçə bərabərdir.

Tadiç 2008-ci ildə Serbiya millisində debüt edib.

Həmin kateqoriyadan