Taekvondo federasiyasında görüş

Estoniyanın paytaxtı Tallində klublararası Avropa çempionatında uğur qazanmış komandalarla görüş keçirilib. toplantıda Azərbaycan taekvondo federasiyasının vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev, idarə heyətinin üzvü Vüqar Məmmədov, klubların baş məşqçiləri və mükafat qazanan idmançıları iştirak ediblər.

Allsport.az saytı xəbər verir ki, Nağı Səfərov müxtəlif komandaların heyətində 9 medal qazanan idmançılarımızın çıxışını uğurlu adlandırıb. O bildirib ki, böyük uğura gedən yol məhz yeniyetmə dövründən başlayır. Vitse-prezidentin sözlərinə görə, ölkə taekvondosuna adını yazdırmış çempionlar da vaxtı ilə aşağı yaş qruplarında uğur qazanıb və bunun ardını gətiriblər. O, növbəti yarışlarda da bunu davam etdirmələrini arzulayıb.

Avropa çempionatında 4 yetirməsi fəxri kürsüyə qalxan “Ümid”in baş məşqçi İlkin Şahbazov da uğurlu çıxışı davam etdirəcəklərinə inandığını deyib. Avropa çempionumuz qeyd edib ki, yeniyetmə taekvondoçuların daha da inamlı çıxışı üçün bütün bacarıqlarından istifadə edəcəklər.

Həmin kateqoriyadan