Taekvondo yığmaları Avropa çempionatı və G-2 kateqoriyalı açıq yarışda

Sentyabrın 27-də Albaniyanın paytaxtında 21 yaşadək taekvondoçuların Avropa çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan milli qüvvəsini sınayacaq.

Kişilərdə baş məşqçi Rza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında mübarizə aparacaq. Onlar Tiranda Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi – 54 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (80 kq) fürsət verəcəklər.

Qadınlarda baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov bi mübarizədə Sona Ağayeva (46 kq), Qönçə Hüseynli (49 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidovanı (62 kq) güvənəcəcək.

Yarışda ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli referi, ATF-in baş hakimi Gündüz Abdullayev və Ramal Camalov da yer alacaqlar.

Yığmaya rəhbərliyi ATF-in vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Taekvondoçularımız səfərə sentyabrın 25-də yollanacaqlar.

Komandamız Avropa çempionatının ardınca, oktyabrın 1-2-də Tiranada keçiriləcək G-2 kateqoriyalı açıq Albaniya çempionatına da qatılacaq. Həmin vaxt komandaya Qaşım Maqomedov, Həmidrza Sədri, Ruslan Seyidov (hər üçü – 58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov (63 kq), Minayə Əkbərova (46 kq), Röya Hacıyeva və Patimat Abakarova (hər ikisi 49 kq) da qoşulacaqlar. Bu heyət isə Albaniyaya sentyabrın 30-da yola düşəcək.

Həmin kateqoriyadan