Taekvondoçular Eyndhovendə 7 medal qazanıb

Bu gün Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, 40-a qədər ölkədən 800 idmançının qatıldığı G-2 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

Kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət seçmənin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 nəfərdən 7-si fəxri kürsüyə yüksəlib.

Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qızıl medala sahib olublar. Digər taekvondoçulardan Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) 3-cü yeri tutublar.

Həmin kateqoriyadan