“Taktikada dəyişiklik etmişdik”

“Kəpəz” premyer liqanın 17-ci turunda öz meydanında “Sabah” klubu ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov oyuna belə şərh verib:

“”Sabah” ilə oyundan sonra komandamızın baş məşqçisi Tərlan Əhmədov matç ilə bağlı fikirlərini jurnalistlər ilə bölüşüb: “Maraqlı və həyəcan dolu bir oyun gördük. İki məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi.

Açığı deyim ki, taktikada da dəyişiklik etmişdik. Komandamın hansı gücə malik olduğunu bilirdim. Ümumillikdə bu gün komanda yaxşı mübarizə apardı, döyüşdü. Rəqibə iki top da vurduq əks-hücumda tutaraq. Çalışırıq ki, komandanı bir az dirçəldək. Fasiləyə qədər nə bacarırıqsa, xal toplayaq. Qışda cəlb olunacaq futbolçularla yeni bir komanda formalaşacaq.

Azarkeşlərimiz bu gün heç-heçəyə də sevindilər. Onların sevinci bizim üçün hər şeydi. Gəncə futbol beşiyidir. Burada hamı futbolu daha yaxşı başa düşür. Azarkeşlərimizi bu bir xal ilə sevindirə bildik. Nəticə də layiqli oldu. Hər iki komanda qalib gələ bilərdi. Ədalətlisi heç-heçə idi”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish