- Baxış sayı: 158
- 11 Noyabr 2026 11:35
- Baxış sayı: 389
- Noyabr 09, 2026
- 0

Bu gün Azərbaycan millisinin kayakçısı İnna Osipenko-Radomskaya Rio-2016-da 200 mert məsafəyə final yürüşündə bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, bizdən ilk uğurunu belə şərh edib:
“Ən yüksək hissləri keçirirəm. Bu olimpiadadır. Çox məsuliyyətli yarışdır. Bütün həyatı boyu bu startlara hazırlaşırıq. Nəticəmdən çox razıyam.
Hələ qarşıda 500 m məsafəyə yürüş də var. Mənim üçün 200 m məsafədə də yaxşı nəticə oldu. Çünki bu yarış çox sürətlidir. Startla finiş arasında məsafə qısa olduğundan yarış zamanı hər şeyi ölçüb-bişmək olmur”.
Xatırladaq ki, o, Ukrayna millisinin heyətində Pekin-2008-də qızıl, London-2012-də 2 gümüş və Afina-2004-də bürünc medal qazanıb.