Tailandda turistlərə sarı və qırmızı vərəqə verilir

Pxuket immiqrasiya xidməti yeni və çoxdan gözlənilən sistemi işə salınıb. Allsport.az xəbər verir ki, Tailand əyalətinin hakimiyyət orqanları yerli qanunları pozan turistləri cəzalandırmaq üçün qeyri-standart yanaşma icad ediblər. Bir müddət əvvəl şəbəkədə müzakirə olunmağa başladı və indi artıq ilk bəhrələrini verib.

Qanunu pozan turistlərə sarı və qırmızı vərəqə yazmağa başlayıblar. Bəli, zarafat deyil – hər şey dünyanın ən populyar idman növündə olduğu kimidir.

Verilmiş sarı vərəqə o deməkdir ki, turist ölkədə qalmağa davam edə bilər, lakin ona yenidən giriş qadağan ediləcək. Təkrar pozuntu halında, Pxuket qonaqlarına qırmızı vərəqə verilir ki, bu da artıq Tailanddan dərhal qovulmağa səbəb olur.

Həmin kateqoriyadan