Teymur, Əlirza, Amin və Mariya FIDE prezidentinin komandasında

Şahmat üzrə onlayn Millətlər kubokunda iştirak edəcək Teymur Rəcəbovun komanda yoldaşları müəyyənləşib. Allsport.az xəbər verir ki, qrossmeysterimizin komandasında iranlı Əlirza Firuzca, misirli Amin Bassəm və ukraynalı xanım şahmatçı Mariya Muzıçuk yer alıblar.

Ehtiyat heyətə perulu Xorxe Kori və qazaxıstanlı Dinarə Saduakasova daxil edilib. Kollektivin kapitanı FIDE-nin prezidenti Arkadi Dvorkoviçdir.

180 min ABŞ dolları mükafat fonduna malik olan turnirin ilk mərhələsi mayın 5-9-da keçiriləcək. Ən güclü 2 komanda mayın 10-u üz-üzə gələcək.

Həmin kateqoriyadan