Teymur 1/4 finalda, Şəhriyar mübarizəni dayandırdı

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, “The FTX Crypto Cup”un üçüncü yarış günündə daha 5 tur oynanılıb.

Şəhriyar Məmmədyarov son günün oyunlarında 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Bununla da o, 7,5 xalla 10-cu yeri tutub və turnirdə mübarizəni dayandırıb.

Teymur Rəcəbov son oyun günündə 1 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Yekunda 8,5 xal toplayan təmsilçimiz Maqnus Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bununla da, qrossmeysterimiz 1/4 finala yüksəlib.

Həmin kateqoriyadan