Teymur 9-cu, Şəhriyar 11-ci

Beynəlxalq şahmat federasiyası yeni reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, Teymur Rəcəbov 2765 xalla9-cu, Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-cidir.

Qədir Hüseynov (2665) 72-ci, Nicat Abasov (2664) 74-cü, Rauf Məmmədov (2654) isə 89-cu pillədədirlər.

Siyahıya norveçli Maqnus Karlsen (2863) başçılıq edir. Amerikalı Fabiano Karuana (2835) 2-ci və çinli Liren Dinq (2791) 3-cüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 76-cı, Xanım Balacayeva (2376) isə 86-cı pillədə yer alıblar.

Həmin kateqoriyadan