Teymur iddiaçılar turniri üçün 100 min dollardan çox xərc çəkib

Rus şahmatçı Sergey Karyakin Teymur Rəcəbovun iddiaçılar turnirinə hazırlıq prossesindən danışıb. Allsport.az xəbər verir ki, o, Rəcəbovla turnirə yaxşı hazırlaşdıqlarını deyib:

“2 təlim məşq toplanışını keçirtdik. Yanvar və fevral aylarında. Ümumi günləri hesablasaq, bu, 1 aya yaxın vaxtı əhatə edib. Moskva ətrafı Barvixa qəsəbəsində oteldə qalırdıq. Məncə, Teymur turnirə çox yaxşı hazırlaşmışdı.

Xərclər? Dəqiq deyə bilmərəm, amma özünüz fikirləşin: 30 gün otel, mən, Vladimir Çuçelov və Lenyer Dominqesin qonorarları, bundan əlavə, yol və yemək xərcləri… Bu rəqəm dəqiq 100 000 dollardan çox edir”.

Teymur Rəcəbovun FİDE-nin prezidenti Arkadiy Dvorkoviçı ünvanladığı məlum məktubdan sonra qurumun rəhbəri Sergey Karyakina zəng edib. Karyakin Dvorkoviçlə telefon danışığını belə şərh edib:

“Zəng edib soruşdu ki, hər şey o qədər ciddidir? Mən isə cavabımda bildirdim ki, hər şeyi başa düşürəm, amma məncə Teymurun özü ilə əlaqə saxlasanız yaxşıdır. Biz yaxınıq, mən onun dostuyam ancaq meneceri deyiləm.

Kolleqalarımızdan Teymura dəstək gəlmədiyini görmək məni təcübləndirmədi, amma çox üzdü. Hər zaman istəyirsən ki, şahmatçılar bir olsun. 2-3 nəfər də Teymuru dəstəkləsəydi, təşkilatçılar mütləq onları dinləmək məcburiyyətində qalacaqdılar”.

Həmin kateqoriyadan