- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Teymur Rəcəbov çempionlar turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirib. Allsport.az xəbər verir ki, 33 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.
İlk partiyada qara fiqurlarla uduzan Rəcəbov növbəti görüşdə ağ fiqurlarla tarazlığı bərpa edib. Üçüncü partiya həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu qarşılaşmada isə heç-heçə qeydə alındığından, Rəcəbov ümumi hesabda rəqibinə uduzub – 1,5:2,5.
Cütlüklər bu gün ən azı daha 4 görüş keçirəcəklər.
Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.