Teymur Məmmədov da 1/2 finala çıxıb

Boks üzrə Azərbaycan millisi daha bir medalı təmin edib. Allsport.az saytı xəbər verir ki, yığmamızın üzvü Teymur Məmmədov (81 kq) buna Bakıda keçirilən İslam oyunlarında yarımfinala yüksəlməklə nail olub.

Titullu rinq ustamız İslamiadada debüt görüşündə özbəkistanlı Sardarbəy Beqaliyev üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 5:0.

Teymur yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi Eldin Qoussun (Suriya) olacaq. Teymur Məmmədovdan öncə Cavid Çələbiyev (60 kq) 1/2 finala vəsiqə qazanıb.

Həmin kateqoriyadan