- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Xantı-Mansiyskdə dünya kuboku sona yetib. Allsport.az saytı xəbər verir ki, həlledici mərhələdə Teymur Rəcəbovla çinli Liren Dinq arasında 4 klassik partiyada qalib bilinməyib – 2:2.
Belədə, tay-brek oynanılıb. Burada da ilk 4 matç heç-heçə bitib. Əlavə 2 görüşdə şahmatçımız qalibi gələrək, dünya kubokuna sahib çıxıb (4:2).
Yarışın mükafat fondu 1,6 milyon dollar olub. Teymur Rəcəbov müstəqilliyimizdə bu yarışın finalına yüksələn və kuboku qazanan ilk azərbaycanlı olub. O, iddiaçılar turnirinə də birbaşa iştirak hüququna yiyələnib.