Teymur Rəcəbov: Erməni işgalçıları dərhal torpaqlarımızı tərk etməlidir!

Millimizin aparıcı şahmatçısı Teymur Rəcəbov öz İnstaqram səhifəsində dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, dünya kubokunun sahibi Ermənistanın ölkəmizə təcavüzünü kəskin şəkildə qınayıb:

“Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir. Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır. Erməni işgalçı qüvvələri dərhal torpaqlarımızı tərk etməlidir!

Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər! Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq!”. 

Həmin kateqoriyadan