- Baxış sayı: 127
- 19 İyun 2026 18:40
- Baxış sayı: 219
- İyun 23, 2026
- 0

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2019” superturnirində 4-cü turun oyunları keçirilib.
Allsport.az saytı xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov niderlandlı Aniş Giri ilə heç-heçə oynayıb. O, mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib:
“Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi. Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə, vəziyyət düzəlmədi. Belə güclü turnirdə adətən risk az olur. Bu mənada heç-heçə qaçılmaz oldu”.